146
logo

Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət

  • Bazar ertəsi 31 Yanvar 2022



“Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət” layihəsi Təhsildə İnkişaf və İnnovasiya üzrə V qrant müsabiqəsi çərçivəsində Lənkəran şəhəri Şilavar kənd tam orta məktəbin direktoru Elnur Əsədli tərəfindən icra olunur. 

Layihə çərçivəsində “İstedad və yaradıcılıq meyllərinə görə təhsil alanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması” mövzusu istiqamətində icrası ilə bağlı məlumat təqdim edilib.

Layihədə Lənkəran rayonu üzrə 16 orta məktəbdən 400 nəfər  şagird (Vl-Vlll sinif) və nəzarətçi müəllim 3 saat müddətində Şilavar məktəbində onlar üçün təşkil edilmiş sərgidə və məlumatlandırma sessiyasında iştirak etmiş, eləcə də arxeoloji qazıntı işlərinin aparılma qaydaları üzrə təcrübə toplamışlar.

İştirakçılar eyni zamanda  Lənkəran Tarix-diyarşunaslıq muzeyinə səfər etmiş və çay ziyafətinə qatılmışlar. Bütün iştirakçılara layihə ilə bağlı broşürlər paylanmış, videoçarx nümayiş etdirilmiş və sertifikatlar təqdim edilmişdir. 

Məlumat üçün bildirək ki, layihədə iştirak edən şagirdlər “Arxeologiyanın tariximizin öyrənilməsində rolu” adlı inşa müsabiqəsində iştirak etmiş və qalib olmuşlar .

Layihənin həyata keçirilməsində texniki və təşkilatı dəstəyə görə Lənkəran Şəhər Təhsil Şöbəsinə, "İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinə, Lənkəran Regional Mədəniyyət İdarəsinə və  Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbinə təşəkkürümüzü bildiririk!