146
logo

"Virtual dostum" layihəsinin icrasına başlanılıb

  • Cümə axşamı 13 Oktyabr 2022



Bakı Avropa liseyində Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "Virtual dostum" layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış zamanı layihənin rəhbəri Pərvinə Qədimova layihənin məqsədi, vəzifələri, keçirilmə qaydaları, görüləcək işlər haqqında ətraflı məlumat verib.

Daha sonra lisey rəhbərliyi çıxış edərək layihənin vacibliyini və aktuallığını vurğulayıb.

Tədbir 2a3 sinfinin çıxışları ilə davam edib.

Qeyd edək ki, layihənin icra müddəti 6 aydır. Layihədə Pərvinə Qədimovanın rəhbərlik etdiyi 2a3 sinfi də iştirak edəcək.