146
logo

RFO-dan 3 qızıl, 4 gümüş, 5 bürünc medal

  • Çərşənbə 22 May 2024



Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan "Elmi savadlılıq üçün Fizika ll" layihəsinin sınaq imtahanında (onlayn) 100 şagird iştirak edib. Layihədə iştirak üçün seçim imtahanından sonra 58 nəfər şagird onlayn dərsələrə cəlb olunub.
Həftədə 3 saat olmaqla (ümumlikdə 90 saat) dərs tədris edilib. Nəticələrə əsasən layihə iştirakçıları respublika fənn olimpiadasında (RFO) 3 qızıl, 4 gümüş və 5 bürünc medala layiq görülüb.
Xatırladaq ki, Sumqayıt şəhər və müxtəlif regionlardan olan şagirdlərin respublika fənn olimpiadalarına və respublika fənn müsabiqələrinə hazırlığı, istedadlı şagirdlərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi layihənin əsas hədəfidir.