146
logo

Qrant müdavimləri Beynəlxalq Coğrafiya Olimpiadasının seçmə imtahanında

  • Bazar ertəsi 3 İyun 2024



İyunun 2-də Bakı şəhəri Kimya-biologiya təmayüllü liseydə Beynəlxalq Coğrafiya Olimpiadasında iştirak edəcək komandanın seçim imtahanı keçirilib. İmtahanda Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində qalib olan “Beynəlxalq coğrafiya olimpiadalarına (iGeo və eGeo) hazırlıq" layihəsinin müdavimləri iştirak edib. 

Qeyd edək ki, layihə çərçivəsində beynəlxalq coğrafiya kurikulumu əsasında beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq dərsləri təşkil edilib. Bundan əlavə, müdavimlərin yay aylarında ölkə komandası ilə intensiv yay düşərgəsinin təşkili nəzərdə tutulub.

Xatırladaq ki, “Beynəlxalq coğrafiya olimpiadalarına (iGeo və eGeo) hazırlıq"  layihəsinə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin beş il ardıcıl qalibi olan Yaşar Seyidəliyev rəhbərlik edir. Layihə çərçivəsində təlimlərə cəlb edilən şagirdlər Azərbaycana beynəlxalq coğrafiya arenasında “fərdi” kateqoriya üzrə 5 bürünc, “komanda təqdimat” kateqoriyası üzrə isə bir qızıl medal qazandırıb.