146
logo

"Kəndə STEAM gəlir" layihəsinin bağlanış mərasimi keçirilib

  • Cümə 7 İyun 2024



Bağlanış mərasimində Ağstafa rayon ümumi təhsil müəssisələrindən direktorlar, müəllimlər və şagirdlər iştirak ediblər.
Layihə çərçivəsində şagirdlər (50 nəfər) və müəllimlər təlimlərə cəlb edilib. Layihə boyunca 8 praktiki məşğələ keçirilib və Tovuz Steam Mərkəzinə ekskursiya ediblər.
Şagirdlər təlimlərdə 3D dizayn, CNC lazer kəsim, robot hazırlanması texnologiyaları ilə bağlı məlumat əldə edərək, bu sahədə praktik işlər həyata keçiriblər. Layihə şagirdlərinin praktik məşğələlər vasitəsilə texnologiya və yaradıcılıq sahəsindəki potensiallarını ortaya çıxarmaqda və inkişaf etdirməkdə müsbət bir təcrübə olub.
Layihənin əsas məqsədi riyaziyyat, informatika, texnologiya, fizika, kimya, biologiya, coğrafiya müəllimlərinin və VI-VII sinif şagirdlərinin STEAM bilik və bacarıqlarına yiyələnərək bu istiqamətdə praktik fəaliyyətlərə cəlb edilməsi olub.
Xatırladaq ki, Vüsalə Salahovanın rəhbərlik etdiyi layihə Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbdə icra olunub.